"Milan"ın yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Cennaro Qattuzonun istefaya göndərilməsindən sonra bu vəzifəyə Marko Campaolo təyin edilib. Onunla 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, M.Campaolo son üç mövsüm "Sampdoriya"nı çalışdırıb.