"Milan"ın sabiq futbolçusu Paolo Maldininin oğlu Daniel Maldini İtaliyanın U-18 yığmasına cəlb olunub.
Newsport.az-ın məlumatına görə, 17 yaşlı hücumçu Hollandiya ilə yoldaşlıq matçı üçün milliyə dəvət alıb.
"Milan"ın gənclər komandasında çıxış edən oyunçu 22 matçda 9 qol vurub. O, Maldini ailəsinin İtaliya yığmasında çıxış edən üçüncü üzvü olub.
Daniel Maldininin babası Çezara Maldini də "Milan"ın və İtaliya millisinin şərəfini qoruyub. Paolo Maldini 1988-2002-ci illərdə İtaliya yığmasında çıxış edib.
Sabiq müdafiəçi yığmanın heyətində dünya çempionatının gümüş və bürünc medallarını qazanıb.
O, Avropa çempionatının da gümüş mükafatçısıdır. Atası Çezera Maldini isə 1958-1963-cü illərdə İtaliya yığmasının heyətində yer alıb.