Newsport.az-ın məlumatına görə, Azərbaycana gəlməsə də, uzun illər əvvəl köməkçisinin ölkəmizdə olduğunu deyib: "Azərbaycan sürətlə böyüyən və inkişaf edən ölkədi. 1995-ci ildə Polşanın "Vidzev" klubu ilə Çempionlar Liqasının oyununda üz-üzə gələcəkdik. Məşqçimizi göndərdik ki, gedib Bakıda potensial rəqibimizin oyununa baxsın".
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda reallaşacaq. "Napoli" turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb.