"İnanıram ki, Azərbaycanla oyunda stadion tam dolacaq" - Stoilov

Sabah Astanada millimizlə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov "sports.kz" saytına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, sabahkı matç barədə fikirlərini dilə gətirən mütəxəssis əvvəlcə bunları deyib:

- Futbolçular normal vəziyyətdədirlər. Stanislav Luninin problemi var. Seydaxmet hələlik ideal formasında deyil. Qalan hər şey yolundadır. Uşaqlar məşqlərdə əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Bərpa prosesinə böyük diqqət ayırdılar. Sabah yaxşı oyuna ümid edirəm".

- Qazaxıstan və Azərbaycanın gənclər yığmaları arasındakı oyun sizdə hansı fikirləri formalaşdırdı?

- Yaxşı oyun oldu. Onların çıxışına qiymət vermək üçün öz məşqçiləri var. Bəzi gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Amma bir az daha artırmalıdırlar.

- Azərbaycanla sabahkı oyunda sizə görə həlledici amil nə olacaq?

- Hər bir halda komanda şəklində oynamaq vacibdir. Hər bir məşqçi istəyər ki, komandası hücum futbolu sərgiləsin. Amma mənim üçün balans daha vacibdir. Bununla yanaşı, kombinasiyalı oyun da vacibdir. Azərbaycan ağıllı futbol oynayır və çox inamlı komandadır. Keçən dəfə də dedim ki, bizim kimi ölkələrdə futbol inkişaf edir.

- Aydındır ki, Qazaxıstanın epizodları qola çevirməklə bağlı problemləri var...

- Klublar yeni futbolçular cəlb edə bilməzlər. Özümüznkülərlə işləyəcək, onlara güvənəcəyik. Potensialımız var və bunu Avropada göstərdik. Deməli, öz səviyyəmizdə olan yığmalarla mübarizə apara bilərik. Düzgün futbol oynamalıyıq. Nəticə önəmli deyil. Aydın məsələdir ki, bunlar millidə ilk oyunlarımdır. Ona görə də hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışmalıdır. Heç kim yoldaşlıq oyunlarında risk etmək istəməz. Oyun insanların xoşuna gəlməlidir. Ən əsası da odur ki, öz səhvlərimizdən nəticə çıxara bilərik.

- Artıq heyəti müəyyənləşdirmisiniz? Azərbaycanla yoldaşlıq oyunu komandanızın Millətlər Liqasına qədərki hazırlığına kömək edə biləcək?

- Millətlər Liqasına hələ 3 ay vaxt var. Avrokuboklardakı oyunlar həlledici olacaq. Sabahkı məşqdən sonra hansı heyətlə oynayacağımızı dəqiqləşdirəcəyik. Kollektivimiz normaldır. Hər oyunda qələbə üçün vuruşmaq lazımdır. Uzun müddət yerimizdə saymışıq. Artıq səviyyəni yüksəltmək vaxtıdır. Bunun üçün potensialımız da var. Düşünürəm ki, Millətlər Liqasında qrupdan çıxmaq gücündəyik.

- Azarkeşlərin dəstəyindən nə gözləyirsiniz?

- Qazaxıstanda insanlar öz yığmalarını sevirlər.  Ümid edirəm ki, azarkeşlər komandanı dəstəkləyəcəklər. Bu, çox vacibdir. İnsanlar tez-tez məndən soruşurdular ki, millini nə vaxt çalışdıracam. Mənə lazımdır ki, yeni hədəflərə doğru birlikdə addımlayaq. İnanıram ki, sabah stadion tam dolacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right