DÇ-2018: Tunis də yekun heyətini açıqladı SİYAHI

Tunis milli komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyətini açıqlayıb.
 
Newsport.az-ın məlumatına görəbaş məşqçi Nabil Maalul 23 nəfərlik heyətə 3 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 6 hücumçu daxil edib. 
 
Qapıçılar: Aymen Matluti ("Əl-Batin", Səudiyyə Ərəbistanı), Faruk Ben-Mustafa ("Əl-Şabab", Səudiyyə Ərəbistanı), Mue Assen ("Şatoru", Fransa)
Müdafiəçilər: Həmdi Naqqes ("Zamalek", Misir), Dilan Bronn ("Gent", Belçika), Rami Bedui ("Etual dü Sahel"), Yoan Benaluan ("Lester Siti", İngiltərə), Siam Ben-Yussef ("Kasımpaşa", Türkiyə), Yassin Meria ("Sfaksyen"), Ussama Haddadi ("Dijon", Fransa), Ali Maalul ("Əl-Əhli", Misir)
Yarımmüdafiəçilər: Elyo Skiri ("Monpelye", Fransa), Məhəmməd Ben-Amor ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Qilan Şalali ("Esperans"), Fercani Sassi ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı), Əhməd Xəlil ("Klub Afriken"), Saif-Ədin Haui ("Trua", Fransa)
Hücumçular: Fəxrəddin Ben-Yussef ("Əl-İttifaq", Səudiyyə Ərəbistanı), Vəhbi Xəzri ("Renn", Fransa), Anis Badri ("Esperans"), Bassem Srarfi ("Nitsa", Fransa), Nais Sliti ("Dijon", Fransa), Saber Xelifa ("Klub Afriken").
 
Qeyd edək ki, Tunis yığması DÇ-2018-in "G" qrupunda Belçika, Panama və İngiltərə ilə mübarizə aparacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right