Ulduz futbolçular tələbə oldular

Dortmund "Borussiya"sın yarımmüdafiəçisi Nuri Şahin tələbə həyatına başlayıb.

Newsport.az saytının məlumatına görə, Harvardda təhsil alan Türkiyə millisinin sabiq üzvü parta arxasında bir sıra məşhurlarla tələbə yoldaşı olacaq. Braziliya millisinin və PSJ-nin müdafiəçisi Dani Alveş, onu həmyerlisi Kaka, Hollandiya millisinin sabiq futbolçuları - Edvin van der Sar və Mario Melxiot da Şahinlə birgə oxuyacaq. Dünya futbolunun ünlü simaları professor Anita Elbersin qrupunda təhsil alacaqlar.

29 yaşlı Nuri Şahin daha öncə açıqlamasında təhsil almağın heç vaxt gec olmadığını demişdi: "Öyrənmək və özünü inkişaf etdirməyin yaşı, yeri, vaxtı yoxdur. Harvarddan qəbul məktubum gəldi. Orada təhsil alacağıma görə və əfsanəvi professor Anita Elberse ilə tanış olacağım üçün çox həyəcanlıyam".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right