Newsport.az-ın məlumatına görə, "qırmızılarla" müqaviləsi başa çatan 24 yaşlı futbolçu "Yuventus"a azad agent statusu ilə transfer olub. Tərəflər bütün detalları çözüb, razılığa gəliblər. Əmrə Turin klubu ilə 4 illik müqavilə bağlayıb. Onun maaşı illik 5 milyon avro olacaq.
Qeyd edək ki, Almaniya millisinin üzvü 2014-cü ildə "Bayer"dən (Leverkuzen) "Liverpul"a 12 milyon avroya transfer olmuşdu.