Newsport.az-ın məlumatına görə, 46 yaşlı sabiq hücumçu "Twitter" hesabında "Tək millət, iki dövlət, qardaş ölkə. Can Azərbaycanın 100 illik yubileyini təbrik edirəm. Sonsuza qədər müstəqil və qardaş olmaq diləyi ilə" yazaraq Azərbaycan və Türkiyə bayraqları olan şəkillə paylaşıb.
Qeyd edək ki, "Qalatasaray", "İnter", "Blekbern", "Parma" kimi klublarda çıxış edən Hakan Şükür FETÖ-cü kimi ittiham olunaraq doğma vətəni Türkiyəni tərk edərək ABŞ-da məskunlaşıb.
