Ramil Şeydayevin taleyinə aydınlıq gəticək şəxs bəlli oldu

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi bəlli olub.

 

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisinin "sükanı arxası"na Ünal Karaman keçib. Karaman son olaraq Super Liqa ilə vidalaşan “Karabükspor”da baş məşqçi olub. O, bu vəzifədə Rza Çalımbayı əvəzləyib.

 

Qeyd edək ki, son mövsümü icarə əsasında “Qarabağ”da keçirən Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev müqavilə ilə “Trabzonspor” məxsusdur. Yenidən icarəyə veriləcəyi gözlənilən Şeydayevlə bağlı yekun qərarı Karaman verəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right