DÇ-2108-də iştrak edəcək Argentina millisi ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, yığmanın əsas qapıçısı Serxio Romero sağ dizindən zədə alaraq sıradan çıxıb.
"Mançester Yunayted"in qolkiperi bu səbəbdən mundiala aparılacaq heyətdən çıxarılıb. Onun əvəzinə isə yığmaya “Tiqres”in qapıçısı Nauel Qusman dəvət olunub.
Qeyd edək ki, Argentina İslandiya, Xorvatiya və Nigeriya ilə eyni qrupda mübarizə aparacaq.