2019-cu ildə keçiriləcək Amerika kubokunda Asiya ölkəsinin də yığması olacaq.
Newsport.az-ın məlumatına görə, Qətər yığması Amerika kubokunda qüvvəsini sınayacaq.
Qətər 2019-cu ildə keçiriləcək turnirdə qonaq komanda statusunda çıxış edəcək. Məlumata görə, turnirdə Qətərdən savayı da qonaqlar ola bilər. Təşkilatçılar Çin və Yaponiyanı da turnirə dəvət etməyi planlaşdırırlar.
Plana görə, turnirdə 16 komanda iştirak etməlidi. 10 komanda KONMEBOL-u, 3 komanda KONKAKAF-ı, 3 komanda isə Asiyanı təmsil edə bilər. Turnir Braziliyada keçiriləcək.