“Milan”ın müdafiəçisi yarım il oynamayacaq

“Milan”ın müdafiəçisi Andrea Konti yenidən əməliyyat olunub.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı futbolçu sol dizindəki problemlər səbəbindən təxminən 6 ay öncə əməliyyat olunub. Bərpa dövründən sonra Konti cəmi 1 matçda forma geyib. 

İndi isə o, yenidən  əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, əməliyyatı uğurlu keçən futbolçu 6 aydan sonra yaşıl meydana qayıda biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right