Newsport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis heç-heçəni ədalətli nəticə adlandırıb: “Həm nəticədən, həm də komandamın oyunundan razıyam. İndi biz Azərbaycanla görüşə köklənə bilərik”.
Martın 27-də millimizlə Antalyada keçirəcəkləri yoxlama matçı haqda da danışan İqor Angelovski qalib gəlməyə çalışacaqlarını deyib: “Biz bu qarşlaşmada daha yaxşı çıxış etməyə və Azərbaycana qalib gəlməyə çalışacağıq”.