Rusiya millisi ilə yoldaşlıq oyunu keçirmək üçün Moskvaya gələn Braziliya yığması qonşu ölkədə məşqə çıxıb.
Newsport.az-ın məlumatına görə, bütün futbolçuların düşərgədə olmaması səbəbilə məşqçilər korpusu hazırlığın normal getməsi üçün "Spartak"ın gənclər komandasından 5 nəfəri məşqə qatıb.
Onların arasında azərbaycanlı futbolçu da olub. Söhbət Turqay Mehbalıyevdən gedir. Azərbaycanda anadan olmasına baxmayaraq, Rusiya millisini seçən 18 yaşlı oyunçu 5 qat dünya çempionu ilə məşq edib.