Rusiya millisi ciddi itki ilə üzləşib

Rusiyanın “Zenit” klubu ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, komandanın hücumçusu Aleksandr Kokorin Romada diz bağlarından əməliyyat olunub. 26 yaşlı hücumçunun bərpa müddəti 4-5 ay çəkəcəyi bildirilir. Bu isə o deməkdir ki, Rusiya millisinin üzvü yayda ölkəsində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Kokorin Avropa Liqasının 1 /8 finalında “Leypsiq”lə oyunda zədələnmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right