“Galatasaray”ın yeni prezidenti Mustafa Cengiz klubun sükanı arxasına keçdikdən sonra gördüyü işlərdən danışıb.
Newsport.az xəbər verir ki, klub rəsmilərinin qatıldığı toplantıda danışan Mustafa Cengiz maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. O, bildirib ki, “Çox çətin problemlərlə qarşı-qarşıyayıq. “Galatasaray”ın önündə dağ boyda problemlər var. Bu, təkcə, məndən öncəki idarəçilərə yox, daha keçmişə dayanır. 60 milyon TL ödəmə etmişik. Transfer edə bilmək üçün, 19 milyon TL vergi və sğorta borcunu dərhal ödəmişik.
Ən sonda, son zamanlar klubun çinli iş adamlarına satılacağı söhbətlərinə aydınlıq gətirən 69 yaşlı çalışdırıcı bunları deyib: “Galatasaray” xaricilərə satılsa, mən idarəçiliyi buraxaram. Komandanı satmaq yoxdu”.
Qeyd edək ki, Mustafa Cengiz 2018-ci ilin ilk ayında 1703 səs yığaraq yeni prezident seçilib.