Futbol üzrə İngiltərə Premyer Liqasının 2019-2022-ci illər aralığındakı oyunlarının yayım hüquqları satılıb.
Newsport.az xəbər verir ki, böyük bir qismi bütövlükdə 4,464 milyard funt-sterlinq edən Premyer Liqa matçlarının yayım hüququnun iki sahibi, artıq, bəllidir. Bunlar “Sky Sports” və "BT Sport”dur.
“Sky Sports” 3,58 milyard funt-sterlinq qarşılığında 4 paket alıb və 128 Premyer Liqa matçını canlı yayımlamaq.“BT Sport” isə 884 milyon funt-sterlinq qarşılığında cəmi 1 paket alıb və 32 oyunu canlı göstərmək fürsəti qazanıb.