Moldova millisinin yeni təyin olunan baş məşqçisi Aleksandr Spiridon jurnalistlərə açıqlama verib.
Newsport.az xəbər verir ki, millimiz haqda danışan mütəxəssis ayın axırı yığmamız ilə baş tutacaq oyunu dəyərləndirib: “Bu il bizi Millətlər Liqası kimi maraqlı turnir gözləyir. Niyə də Moldova yığması Avropada sürpriz nəticəyə imza atmasın? Məqsədimiz qrupu birinci pillədə başa vurmaq olacaq. Yanvarın 27-də və 30-da bizi Cənubi Koreya və Azərbaycanla yoxlama oyunları gözləyir. Hər ikisi kifayət qədər güclü rəqiblərdir”.
Qeyd edək ki, Azərbaycan - Moldova oyunu yanvarın 30-da, Bakı vaxtıyla saat 19:00-da Antalyada keçiriləcək.