Prosineçki Şehiçi milliyə çağırdı

"Qarabağ"ın futbolçusu İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb.

Newsport.az-ın məlumatına görə, yığmanın yeni baş məşqçisi Robert Prosineçki ABŞ-da keçiriləcək təlim-məşq toplanışı üçün 28 nəfərlik siyahıya 29 yaşlı qolkiperin adını da daxil edib.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin yanvarın 28-i ABŞ-la, üç gün sonra isə Meksika ilə yoxlama oyunu keçirəcəyi gözlənilir.

Əlavə edək ki, millimizin sabiq çalışdırıcısı R.Prosineçki bu ay Bosniya və Herseqovina yığmasına baş məşqçi təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right