"Bursaspor"dan ayrılacağı gözlənilən Dəniz Yılmaz klubunun qarşısına növbəti tələb qoyub.
Newsport.az-ın məlumatına görə, o, Bursa təmsilçisindən ayrılmaq üçün klub rəhbərliyindən təzminat istəyib. D.Yılmaz bu istəyini meneceri vasitəsi ilə "Bursaspor"un prezidenti Ali Aya çatdırıb. Klub rəhbərinin hansı addımı atacağı maraqla gözlənilir.
Qeyd edək ki, D.Yılmaz bundan əvvəl "Bursaspor"dan borcunu hədə yolu ilə almışdı. Bu hadisədən sonra klub onu satmağa qərar verib.