İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası yaşanıb.
Newsport.az xəbər verir ki, cari mövsümdə uğursuz çıxış edən "Stok Siti" çalışdırıcısı Mark Hyuzla yolları ayırıb. İngiltərə mətbuatının yaydığı xəbərə görə, klub artıq yeni baş məqşçi ilə razılığa gəlib. Lakin onun adı hələki gizli saxlanılır.
Qeyd edək ki, 54 yaşlı mütəxəssis 2013-cü ildən “qırmızı-ağlar”ı çalışdırırdı.