Rusiya klubu azərbaycanlı futbolçu ilə yolları ayırdı

Rusiyanın "Anji" klubu Ayaz Quliyevlə yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan əsilli futbolçu müqavilə ilə məxsus olduğu "Spartak" klubuna geri dönüb. Moskva təmsilçisi 21 yaşlı yarımmüdafiəçini yenidən icarəyə vermək istəyir.

2017-ci ildən "Anji"də çıxış edən Ayaz Mahaçqala təmsilçisinin heyətində 22 oyuna 1 qol vurub.

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. O, Rusiyanın U-21 millisinin üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right