Newsport.az-ın məlumatına görə, ulduz futbolçu keçmiş komandası "Boka Xuniors"la anlaşıb. Tevez 2016-cı ilin dekabr ayında Çinin “Şanxay Şenxua” klubuna keçməklə, yeni rekord vurub.
O, həftədə 615 min funt sterlinq qazanmaqla, dünyanın ən dəyərli futbolçusu adını ələ keçirib. Tevez özünü Çində xoşbəxt hiss etmədiyi üçün klubun sıralarını tərk etmək qərarına gəlib.
Qeyd edək ki, Tevez "Şanxay Şenxua"ya "Boka Xuniors"dan keçmişdi.