37 yaşlı ulduz futbolçuyla yeni müqavilə

MLS-də çıxış edən "Los-Anceles Qalaksi" Eşli Koulla yeni müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, ABŞ klubu İngiltərə millisinin sabiq üzvü ilə 1 illik saziş imzalayıb.

37 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm 30 oyunda forma şansı qazanıb və 1 qol, 2 assistlə yadda qalıb.

Qeyd edək ki, "Arsenal", "Çelsi", "Roma" kimi klublarda oynayan Koul 2016-cı ilin yanvarından "Los-Anceles Qalaksi"də çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right