“Mançester Yunayted”in hücumçusu Romelu Lukaku zədəsini sağaldıb.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun televizyasına açıqlama verən baş məşqçi Joze Mourinyo belçikalı hücumçunun vəziyyətinin yaxşı olduğunu, İngiltərə kubokunun 1/8 finalında “Everton”la keçiriləcək oyunda iştirak edə biləcəyini deyib.
Qeyd edək ki, R. Lukaku İngiltərə Premyer liqasının 21-ci turunda "Southempton"la matçda aldığı zərbədən sonra meydandan xərəklə çıxarılmaq məcburiyyətində qalmışdı.