“Bosniya və Hersoqovina Azərbaycan yığmasından böyük bir addım öndədir”

Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki Bosniya və Hersoqovina yığmasının çalışdırıcısı təyin edilməsinə münasibət bildirib. 

Newsport.az-ın məlumatına görə, xorvat mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında keçmiş və indiki iş yerlərini müqayisə də edib:

“Bosniya və Hersoqovina kimi millinin baş məşqçisi olduğum üçün çox şadam. Mənə etimad edənlərə təşəkkür edirəm. Hamımızın başlıca hədəfimiz əla nəticələr qazanmaq və komandanı böyük turnirlərə çıxarmaqdır. 

Bosniya və Hersoqovina millisi bütün komponentlərdə Azərbaycan yığmasından böyük bir addım öndədir. Çalışacağıq ki, bütün üstün cəhətlərimizdən yararlanaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right