“Qarabağ”ın futbolçusu Donald Gerye vətənində qiymətləndirilib.
Newsport.az xəbər verir ki, Gerye ölkəsində 2017-ci ilin ən dəyərli 12 şəxsiyyəti arasında yer alıb. Haitinin nüfuzlu “Le Nouvellist” nəşrinin hər il hazırladıqları siyahıda, bu dəfə milli komandanın üzvü Donald Gerye də qərarlaşıb. Mətbu orqan Geryenin bu siyahıya düşməsini belə izah edib: “Vayld Donald Gerye karyerasına yerli çempionatda başlayıb, Çempionlar Liqasında çıxış edən ilk haitili futbolçu oldu. Azərbaycanın “Qarabağ” klubu ilə Avropada elitar səviyyədə özünü göstərən futbolçumuz öz mövqeyində KONKAKAF zonasının da ən yaxşısı seçilmişdi. O, 2017-ci ildə Haitinin ən yaxşı təmsilçilərindən biri oldu."