"Bəzi klubların və məşqçilərin yaxşı vəzifələrdə adamları var" Mouriniyo

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.

Newsport.az xəbər verir ki, Mourinyo bu dəfə təqvimdən şikayətlənərək, bəzi klubların və məşqçilərin yuxarıda adamlarının olduğunu, buna görə də əlverişli təqvim əldə etdiklərini iddia edib:“Təqvimlə bağlı İngiltərə Futbol Assosiasiyasından kiminləsə söhbətim olub? Yox.Telekompaniya qərar verir və biz də onunla razılaşırıq. İnanıram ki, qərarı ancaq qrum özü  verir. Həm də ona inanıram ki, bəzi klubların və məşqçilərin yaxşı vəzifələrdə adamları var. Mənim isə belə adamım yoxdu”.

“Mançester Yunayted” dekabrın 23-dən yanvarın 1-nə qədər 4 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right