“Qəbələ”nin sabiq futbolçusu Teo Uiks klubunu dəyişib.
Newsport.az xəbər verir ki, 27 yaşlı oyunçu Kiprin “Ermis” klubundan ayrılaraq, Livanın yüksək liqasında mübarizə aparan “Əl-Ənsər” klubu ilə münasibətlərini rəsmiləşdirib. Nəzərinizə çatdıraq ki, futbolçunun ötən gün imzalanan müqaviləsinin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Uiks ötən mövsüm icarə əsasında “Qəbələ”də çıxış edib.