İrlandiyalı futbolçu Kevin O'Konnor üçün yeni il düşərli olub.
Newsport.az xəbər verir ki, İrlandiya milli lotereyasının "Tvitter" hesabında verilən məlumata görə, 22 yaşlı futbolçu milad lotereyasında aldığı biletdən 1 milyon avro udub. Futbolçu aşıqlamasında bildirib ki, lotereya biletini ona dayısı hədiyyə edib.
Qeyd edək ki, Kevin O'Konnor İngiltərənin Çempionşip liqasında çıxış edən "Preston" klubunda oynayır.
