Mouriniyodan sabiq futbolçuya cavab

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Pol Skoulza cavab verib.

Newsport.az xəbər verir ki, ötən günlərdə, “qırmızı şeytanlar”ın sabiq futbolçusu Skolz  Poqbanı tənqid etmişdi. O, Poqbanın 100 milyon avroluq futbolçu olmadığını bildirmişdi. Mourinyo onu daim tənqid etməkdə ittiham edib:

“Hesab edirəm ki, Pol Skoulz ancaq tənqid etməklə məşğul olur. O, şərh etmir, tənqid edir. Bunlar ayrı-ayrı işlərdi. O, fenomenal futbolçu olub. Amma bu o demək deyil ki, hamı onun kimi olmalıdı. Poqba həmişə əlindən gələni etməyə çalışır. Hərdən çox yaxşı oynayır, hərdən isə yaxşı. Hərdən də olur ki, oyunu yaxşı alınmır. Poqbanın Skoulzdan çox pul qazanması isə onun günahı deyil. Sadəcə, müasir futbol belədi.

Qeyd edək ki, sabiq futbolçu, 1993-2011-ci illər ərzində "Mançehester Yunayted"in şərəfini qoruyub.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right