Newsport.az-ın məlumatına görə, hadisə həvəskar komandaların oyununda baş verib. Hakim Xose Valdemar Ernandes Kapitilyo futbolçulardan birinə qırmızı vərəqə göstərdiyinə görə hücuma məruz qalıb. Oyundan sonra Halapa şəhərində yerləşən xəstəxanaya yerləşdirilən Kapitilyo 1 həftə komanda qaldıqdan sonra dekabrın 30-da vəfat edib.
Meksika Hakimlər Assosasiyasının prezidenti Valentin Ramires bununla bağlı lazımi ölçü götürüləcəyini bildirib.