"Real" "Tottenhem"in futbolçusu Harri Keyni heyətinə qatmağı düşünür.
Newsport.az xəbər verir ki, "kral klubu" bu keçid üçün London təmsilçisinə 180 milyon avro və Qaret Beyli təklif edib. Bu iddia ilə İngiltərə mətbuatı çıxış edib. Uelsli futbolçu "Real"da 350 min avro maaş alır. Bu məbləq isə ingilislər üçün çoxdur. Əgər "Tottenhem" Beyli daha az maaşa razı sala bilsə, bu keçid reallaşacaq.
Qeyd edək ki, Keyn bu mövsüm 24 oyuna 24 qol vurub və 3 assist edib.