Bu gün İngiltərə Premyer Liqasının 21-ci turunun oyunları baş tutub.
Newsport.az xəbər verir ki, liderliyə iddialı "Çelsi" doğma meydanda "Stok Siti"ni qəbul edib. Görüş londonluların 5-0-lıq qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Çelsi" bu qələbədən sonra xallarının sayını 48-ə çatdıraraq 2-ci yerdə qərarlaşır. "Stok Siti" isə 20 xalla 14-cüdür. Turnir cədvəlinə başçılıq 58 xalla "Mançhester Siti" edir.
"Çelsi" 5-0 "Stok Siti"