"Mançhester Siti" steriotipləri qırmağda davam edir

Dünən İngiltərə Premyer Liqasında 19-cu turun oyunları başa çatıb.

Newsport.az xəbər verir ki, Pep Qvardiolanın gəlişindən sonra, mövsümün əvvəlindən bu günə qədər məğlub olmayan "Mançhester Siti" ardıcıl 17-ci qələbəsini qazanıb. Bununlada "şəhərlilər" Premyer Liqada yeni rekord sahibi olublar. Nəzərinizə çatdıraq ki, bundan əvvəl "Arsenal" klubu 15 qələbə ilə bu siyahıda birinciliyi əlində saxlayırdı.

Qeyd edək ki, turnir cədvəlinə 54 xalla dominantlıq edən "Mançhester Siti", ən yaxın izləyicisi "Mançhester Yunayted"i 14 xal qabaqlayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right