Araz Abdullayev 90 dəqiqə oynadı

Kipr çempionatında 17-ci turun oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” doğma meydanda APOEL-lə qarşılaşıb. Matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmaya start heyətində başlayan Araz 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Anortosis" hazırda turnir cədvəlində 36 xalla 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right