"Mançester Siti" baş məşqçisi Pep Qvardiolaya yeni müqavilə təklif edib.
Newsport.az xəbər verir ki, Mançester klubunun rəhbərliyi təcrübəli mütəxəssislə uzunmüddətli müqavilə imzalamaq istəyir. P.Qvardiolanın bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 20 milyon funt sterlinq qazanacağı bildirilib.
Qeyd edək ki, P.Qvardiola ötən ildən "Mançester Siti"nin çalışdırır. Onun komandası hazırda ölkə çempionatında ilk pillədə qərarlaşıb