"Mançhester Yunayted" tarixinin ən bahalı transferini edəcək

"Mançester Yunayted" klub tarixinin əh bahalı transferini gerçəkləşdirməyə hazırlaşır.

 

Newsport.az xəbər verir ki, qış fasiləsində heyəti genişləndirmək istəyən Joze Mourinyo "Latsio"nun futbolçusu Sergey Milinkoviç-Saviçin transferini rəhbərlikdən tələb edib və müsbət cavab alıb.

 

"Sunday Express"in yazdığına görə Premeyr Liqa təmsilçisi "Latsio"nun 2015-ci ildə "Genk"dən 16 milyon funt-sterlinqə transfer etdiyi serb yarımmüdafiəçi üçün 110 milyon avroluq təklif göndərməyi planlaşdırır. Əgər bu transfer baş tutarsa, Milinkoviç Poqbadan sonra "Mançester Yunayted"in ən bahalı transferi olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right