Dünyada Əfsanəvi futbolçulardan biri sayılan argentinalı oyunçu Dieqo Maradonaya heykəl qoyulub.
Newsport.az xəbər verir ki, Hindistanın Kəlküttə şəhərində ucaldılan heykəlin açılış mərasimində 57 yaşlı keçmiş futbolçu özü də iştirak edib. Futbol əfsanəsi çıxışı zamanı bildirib ki, “Futbol tanrısı deyiləm, sadəcə bir futbolçuyam. Burada heykəlimin qoyulması qürur vericidir”. Nəzərinizə çatdıraq ki, əlində Dünya kubokunu tutaraq dayanan heykəlin hündürlüyü 3,5 metrdir.
Qeyd edək ki, Argentina millisi ilə 1986-cı il dünya çempionatının qalibi olan futbolçunun ən son oynadığı klub "Boka Xuniyors" olub. 2008-2010-cu illərdə isə Argentina yığmasını çalışdıran Maradona hal-hazırda heç bir komanda ilə işləmir.
