İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə “Mançhester Yunayted”i məğlub edən “Mançhester Siti” yeni rekorda imza atıb.
Newsport.az xəbər verir ki, “şəhərlilər” derbidə ard-arda 14-cü qələbəsini qazanaraq tarix yazıblar. Belə ki, komanda “Arsenal”ın 2002-ci ildə ayrı-ayrı sezonlarda əldə etdiyi rekorda ortaq olub. Bununla yanaşı Pep Qvardiolanın kollektivi eyni sezon içində ardıcıl 14-cü qələbəni qazanaraq, “Perston” (1891-1892), “Arsenal” (2001-2002), “Çelsi” (2016)-nin ardınca eyni sezon içində ardıcıl 14-cü qalibiyyəti alan komanda olublar.
Qeyd edək ki, “Yunayted”ə 2-1 qalib gələn “Mançhester Siti” onların 40 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyub.