Rusiyada baş tutacaq DÇ-2018-in ən yaxşı futbolçularına veriləcək mükafat artıq hazırdır.
Newsport.az xəbər verir ki, mükafat noyabrın 30-da Moskvada ictimaiyyətə təqdim edilib. “BUD Man of the Match” mükafatı DÇ-də keçiriləcək 64 qarşılaşmanın hər birinin ən yaxşı futbolçularına veriləcək.
Mərasimdə İngiltərə millisinin sabiq qapıçısı Devid Simen və Braziliya yığmasının əfsanəsi, ikiqat dünya çempionu Kafu da iştirak edib. Xatırladaq ki, DÇ-nin oyunlarının ən yaxşı futbolçularını azarkeşlər seçəcəklər.
Qeyd edək ki, mundialın püşkatma mərasimi bu gün Moskvada keçiriləcək.
