Əliyar Ağayev Avstriya – Serbiya matçını idarə edəcək

FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.

Newsport.az xəbər verir ki, ədalət təmsilçisi bu dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununu idarə edəcək.

O, 7-ci qrupda keçiriləcək Avstriya – Serbiya matçında fit çalacaq. Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən matç noyabrın 10-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right