Ukraynanın “Dinamo” (Kiyev) klubu avrokuboklardan kənarlaşdırıla bilər.
Newsport.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərrə görə, buna paytaxt klubunun UEFA-nı aldatması səbəb göstərilir.
Ukrayna Futbol Federasiyasına UEFA-dan məktub göndərilib. Nyondan gələn məktubda “Dinamo”nun avrokuboklarda iştirak üçün lisenziya almaq üçün doğru olmayan faktlar göstərdiyi qeyd olunub.
“Dinamo”nun müəyyən borcları olsa da, UEFA-da müvafiq attestasiyadan keçərkən həmin faktları gizlədib. Söhbətin dəqiq hansı borclardan getdiyi açıqlanmır.
Kiyev klubunun qayda pozuntusu sübuta yetirilsə, komandanın avrokuboklarda iştirak hüququndan məhrum edilməsi istisna olunmur.