"Arsenal" və "Mançester Siti" İngiltərə liqa kubokunun reqlamentini pozub. Newsport.az xəbər verir ki, London klubu "Norviç"lə qarşılaşmada (2:1) 4 əvəzetmədən istifadə edib. Onlardan 2-si əlavə hissədə olub.
Eyni addımı "Mançester Siti" də "Vulverhempton”la (0:0 , 4:1 penaltilərlə) oyunda edib.
Kubokun reqlamentinə əsasən komandaya əlavə hissədə yalnız 1 dəyişikliyə icazə verilir. Komanda əsas vaxtda 3 dəyişiklik edəcəyi təqdirdə əlavə hissədə 1-ini də edə bilər.
Artıq "Norviç" bununla bağlı federasiyaya şikayətini göndərib. "Arsenal" və "Mançester Siti"yə texniki məğlubiyyət verilə bilər.