20 il bundan öncə, bu gün dunya ulduzu Maradona futbolla vidalaşdı.
Buenos Aires'in çox kasıb bir məhəlləsində başlayan hekayə, “Boca juniors” un əzəli rəqibi “River Plate” ə 2-1 qalib gəldiyi “Monumental” arena da bitdi.
Newsport.az xəbər verirki, karyerasının son günlərində “Napoli” və Argentina millisində çıxış etdiyi vaxt qazandığı uğurlardan, şan şöhrətli həyatdan çox uzaqda idi Maradona. O, karyerası boyunca kokaindən imtina etmədi, hətda 1996-cı ildə etdiyi bir açıqlamada: ”Mən hər zaman kokain istifadəçisi olaraq qalacam” demişdi. Elə bu səbəbə görə futbola heç curə dönməyi bacarmadı.
Maradona futbolu buraxmasa da, futbol artıq onu çoxdan buraxmışdı. Karyerasının son oyunun da əvvəl ki, vaxtlarından çox çox uzaqlar da olan argentinalı meydan da sonadək qalmağı bacarmayıb meydanı tərk etdi və dünyanın gəlmiş-keçmiş ən yaxşı istedadlarından biri futbolla belə vidalaşdı.
Futboldan getdikdən 4 il sonra metbuata verdiyi açıqlamasın da Maradona sanki futboldan üzr istəyəcək vəziyyət də idi və bu sözləri demişdi: “Futbol dünya da ən saglam idman növüdür, həyatım boyu səhvlərim çox oldu və əziyyətini artıqlaması ilə çəktim. Futbol topunun isə heç bir günahı yoxdu”.