İngiltərəli məşqçi Sem Ellerdays Şotlandiya millisini çalışdırmaqdan imtina edib.
Nesport.az xəbər verir ki, 62 yaşlı mütəxəssis BBC-yə açıqlamasında təklifin cəlbedici olmasına baxmayaraq, hazırda məşqçi kimi çalışmaq istəmədiyini deyib:
“Bu, cəlbedici təklifdi, ancaq hazırda bu təklifi qəbul edə bilmərəm. Mənim valideynlərim Şotlandiyadandı. Bacım və qardaşım da orda doğulub. Buna görə, Şotlandiya ilə bağlılığım var. Ancaq hazırda məşqçi kimi çalışmamaq yaxşıdı. Mən bu milliyə baş məşqçi kimi Devid Moyesi təklif edərdim”.
Qeyd edək ki,Ellerdays ötən il İngiltərə millisini çalışdırıb. Karyerası ərzində “Vest Hem”, “Nyukasl”, “Blekbern”, “Sanderlend” kimi komandalarda çalışmış mütəxəssisin son iş yeri “Kristal Pelas” olub.