"Liverpul" tirbunaya onun adını verdi Foto

"Liverpul” “Enfild”in tribunalarından birinə əfsanəvi futbolçusu Kenni Dalqlişin adını verib.

Newsport.az xəbər verir ki, oktyabrın 13-də tribuna yeni adı ilə təqdim olunub. Klub saytının yaydığı məlumatda bildirilir ki, “Enfild”in “Senteneri Stend” tribunası bundan sonra “Kenni Dalqliş” adlanacaq.

Rəsmi təqdimat mərasimində 66 yaşlı Dalqlişin ailə üzvləri və sabiq komanda yoldaşları iştirak edib.

Kenni “Liverpul”a 1977-ci ildə keçib. O, bu komandanın heyətində 515 oyun keçirib, 172 qol vurub.

Dalqliş 8 dəfə İngiltərə çempionu olub, 3 dəfə Çempionlar Kubokunu qazanıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right