"Qarabağ" 5 qolla qalib gəldi

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 12-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Şvexat”la qarşılaşıb. Futbolçularımızın komandasının üstünlüyü şəraitində keçən oyunda 7 qol vurulub  və “Qarabağ” oyundan möhtəşəm qələbə ilə ayrılıb - 5:2.

Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dmitri isə 69-cu dəqiqədə, komandası 4:0 öndə olarkən meydana buraxılıb.

"Qarabağ" 12 turdan sonra 23 xalla 17 komanda arasında 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right