Newsport.az-ın məlumatına görə, ara transfer dönəmində “Çelsi”dən 60 milyon avro qarşılığında Çin təmsilçisinə keçən braziliyalı oyunçu verdiyi açıqlamda bunları söyləyib: “Premyer Liqaya qayıtmaq istəyərəm. Hələ 26 yaşım var. Premyer Liqaya qayıda bilərəm və buna görə çox xəşbəxt olaram. Əgər mənə qapılarını açsalar, yenidən “Çelsi”ni seçərəm”.
Qeyd edək ki, yarımmüdafiəçi Çin Super Liqasında 18 oyuna 2 qol vurub və 9 məhsuldar ötürmə edib.