Həkimlər Aqueronun nə vaxt qayıdacağını açıqladı

Bir neçə gün əvvəl avtoqəza keçirən Serxio Aqueronun aqibətinə aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Argentina yığmasının həkimləri hücumçunun hansı müddətdə yaşıl meydanlardan kənar qalacağını bildirib.

Tibb işçiləri 29 yaşlı forvardın 6 həftə oynaya bilməyəcəyini açıqlayıb. Onlar həmçinin, bu müddətin uzaya biləcəyini də deyiblər. 

Qeyd edək ki, “Mançester Siti”nin üzvünün ötən həftə Hollandiyanın paytaxtı Amsterdamda keçirdiyi qəza nəticəsində qabırğaları qırılmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right